Pakistan Əfqanıstanla sərhəddə yerləşən “Torkham” nəzarət buraxılış məntəqəsi rayonunda insanların və yüklərin ölkə ərazisinə keçidini dayandırıb.
Mynews.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qərar Sind əyalətinin Sehvan şəhərində sufi məscidində törədilən partlayışla əlaqədar qəbul edilib. 74 nəfərin həlak olduğu və 300 nəfərin yaralandığı partlayışdan sonra Pakistan ordusunun qərargah rəisi general Kamar Cavid Bacva İslamabadın ölkəni bürüyən terror dalğasına qətiyyətlə cavab vermək niyyətində olduğunu bildirib.
Pakistan tərəfinin iddialarına görə, son hücuma məsul olan şəxslər Əfqanıstan ərazisində fəaliyyət göstərirlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub