Keçmiş model, 28 yaşlı Houp Hiks Ağ evin ictimaiyyətlə əlaqələr üzrə direktoru vəzifəsinə təyin olunub.
Mynews.az Report-a istinadən xəbər verir ki, o, bir müddət idi, həmin vəzifəni müvəqqəti olaraq icra edirdi.
İnformasiyaya əsasən, H.Hiks ABŞ prezidenti Donald Trampın keçmiş köməkçilərindəndir. O, Trampın bu vəzifəyə təyin etdiyi 4-cü şəxsdir. H.Hiksdən əvvəl Entoni Skaramuççi bu vəzifədə cəmi 10 gün işləyib.
Trampın seçki qərargahının mətbuat katibi vəzifəsindən sonra H.Hiks prezidentin strateji əməkdaşlıq üzrə direktoru işləyib. Bundan başqa, Hiks Trampın etibar etdiyi köməkçilərindən sayılır.
Məlumata görə, Hiks keçmişdə model işləyib, Donald Trampın qızı İvanka Trampın modalar evinin mətbuat katibi olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub