Alman jurnalı "Focus" Rusiya prezidenti Vladimir Putini özünün sonuncu nömrəsindəki Angela Merkelə həsr olunmuş məqaləsində təhqir edib.
Mynews.az bu barədə Oxu.az-a istinadən xəbər verir.
Məqalədə belə bir parça verilib: “Əlbəttə, o, Putinin itindən qorxur, lakin o, it-Putindən, sözsüz ki, qorxmur” (Sie hat zwar Angst vor Putins Hund, aber keine Angst vom Hund Putin). Görünür, müəllif effektli söz oyununa nail olmaq istəyib”.
Məqalədən parça Rusiyanın Almaniyadakı səfirliyinin "Twitter" səhifəsində paylaşılıb.
“Focus" bunu provokasiya məqsədilə etdiyini düşünür. Belədirmi? Xeyr. Açıqcasına axmaqlıqdırmı? Birmənalı şəkildə. Bəs buna @RegSprecher (AFR hökuməti yanında mətbuat məsələləri üzrə qurum) nə deyəcək?”, - dipmissiyanın məlumatında bildirilir.
Səfirliyin nümayəndələri "twit"də Almaniya hökumətində mətbuat və informasiya şöbəsinin rəhbəri Şteffen Zaybertə müraciət ediblər, lakin o, hələ cavab verməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub