Mobil telefon ticarəti ilə məşğul olan Ş.Ş (56) iş vədiylə aldatdığı özbəkistanlı xadimə D.N.-nı (31) qaldığı lüks otelin 246 nömrəli otağına apararaq zorlayıb.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Gənc qadın ifadəsində başına gələnləri danışıb. D.N. internetdən gördüyü bir elan sonrası əlaqə saxladığı kişiylə bir AVM-in kafesində görüşüb. Görüşdüyü kişi adının M. olduğunu, evdə 2 qızının gözlədiyini deyib, təmizlik işlərini bacaran birini axtardığını söyləyib. Aylıq 600 dolara razılaşıblar.
İŞ VƏDİYLƏ TƏCAVÜZ ETDİ
D.N., Ş.Ş. ilə birlikdə evə baxmaq üçün Esenyurtdakı lüks otelin 17-inci mərtəbəsindəki nömrəyə gəliblər. Ev sahibi Ş.Ş qəhvə içmək təklif edib. Gənc qadın öncə qəbul etməyib, ancaq ev sahibi israr edincə bir az içib. Başı fırlanan qadın yıxılıb. Ş.Ş. yataq otağına sürüdüyü qadını zorlayıb.
Ş.Ş. hamama girərəkən qapını açıb qaçan D.N. rezidansın mühafizəçilərindən kömək istəyib. Qadın hadisə yerinə gələn polislərə başına gələnləri danışıb.
Bölmədə dindirilən Ş.Ş. təcavüz iddiasını qəbul etməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub