“2019-cu ilədək Avropa İttifaqına (Aİ) yeni üzv qəbul edilməyəcək”.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Jan Kloud Yunker bildirib. Sədr qeyd edib ki, hazırda heç bir namizəd buna hazır deyil: “Lakin gələcəkdə Avropa İttifaqının tərkibinə 27-dən çox ölkənin qoşulacağı gözlənilir”.
Yunker əlavə edib ki, Türkiyənin də gələcəkdə Aİ-yə üzvlüyü istisna deyil. O, Aİ-yə üzv olmaq istəyən dövlətlərə mesaj göndərib. Komissiya sədri bildirib ki, Aİ-yə üzv olmaq üçün müraciət edən hər bir dövlət ərazisində hüququn, ədalətin və insan haqlarının üstünlüyünü prioritet halına gətirməlidir.
“Avropa İttifaqı keçmiş Yuqoslaviya ölkələri - Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniyanın inteqrasiya siyasətini rədd edir. Çünki onları eyni region - Qərb Balkanları kimi qəbul edirik. Düşünürəm ki, sərhədlərimizdə daha çox sabitlik arzulayırıqsa, biz Qərb Balkanları üçün genişlənmə perspektivini saxlamalıyıq”, - deyə o əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub