ABŞ-ın Ohayo ştatının şərqində, Şərqi Liverpul şəhərciyindən olan polislər növbəti çağırışa gələndə, quruyub qalıblar.
Mynews.az bildirir ki, onlar qeyri-adi pozalarda, qabaq oturacaqlarda kişi və qadının tamamilə hərəkətsiz bədənləri ilə rastlaşırlar. Arxa oturacaqda isə durmadan ağlayan 4 yaşlı uşaq var idi.
Məlum olub ki, körpənin valideynləri narkotikdən istifadə zamanı həddən artıq böyük doza qəbul etdikləri üçün özlərində olmayıblar. Zabit Kevin Tompsonun raportunda deyilir ki, bir müddətdən sonra ata özünə gəlib və rabitəsiz nələrsə danışmağa başlayıb. Sonra yenidən yuxuya gedib. Onun arvadı isə yalnız xəstəxanada özünə gələ bilib.
Həkimlər təyin ediblər ki, uğursuz valideynlər təxminən 2 saat narkotikin təsirində bərk yuxuda olublar. Yəni, körpə 2 saat onun valideynlərinə nə olduğunu anlamadan, ağlayaraq onların ayılmasını gözləyib.
Polis eyni zamanda qeyd edir ki, bu fotonu internetə çıxarmaqda məqsəd, ictimaiyyəti narkotiklərdən yayındırmağa çağırması olub. (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub