İranın paytaxtı Tehran tekstil mərkəzi sayılan Plasko binasında yanğın baş verib.
Mynews.az Axar.az-a istinadən xəbər verir ki, yanğın nəticəsində 17 mərtbəli Plasko binası çöküb.
Hələlik nə qədər insanın xəsarət aldığı haqqında heç bir məlumat verilmir. Hadisə yerinə Tehranda olan bütün yanğınsöndürmə və təcili tibbi yardım avtomobilləri cəlb edilib. Üstəlik, çökən binanın altında 200 yanğınsöndürənin qaldığı ehtimal edilir.
Onlarla heç bir vasitə ilə əlaqə qurmaq mümkün olmur.
Çökən binanın yaxınlığında yerləşən Türkiyə, Almaniya və İngiltərə səfirlikləri artıq təhlükəsizlik məqsədi ilə boşaldılıb.
Tehranda hündürmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb.
Ölənlərin sayının artacağı istisna olunmur. Rəsmilərin məlumatına görə, dağıntılar altında 100-dən çox adam qalıb.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub