Yerevanda iki kriminal qruplaşma arasında silahlı qarşıdurma nəticəsində bir nəfər ölüb, biri yaralanıb.
Mynews.az-ın məlumatına əsasən, bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.
Məlumata əsasən, hadisə gündüz saatlarında şəhərin mərkəzində, “Tufenkyan” mehmanxanasının çıxışında, “Vernisaj” ticarət mərkəzinin yaxınlığında olub.
Onlar avtomat silahdan və tapançadan yoldan keçənlərə də atəş açıblar. Atışmada iştirak edənlər hadisə yerindən avtomobillə uzaqlaşblar. Onların tutulması istiqamətində axtarış-əməliyyat tədbiri keçirilir.
Öldürülən Q.M. 1974-cü ildə Ermənistanın Lori vilayətinin Alaverdi rayonunda anadan olub.
Ermənistan polis rəisinin müavini Unan Poqosyan və qurumun başqa rəhbər vəzifəliləri hadisə yerinə baş çəkiblər.
Hadisənin səbəbi araşdırılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub