Antalyada bu ilin fevral ayında binanın həyətində ağır yaralı halda tapılan 38 yaşlı diş həkimi Özgür Özen son nəfəsində sevgilisinin onu döydüyünü deyib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, çatdırıldığı xəstəxanada dünyasını dəyişən Özgür Özenin ölümüylə əlaqədar 39 yaşlı sevgilisi Yücel Düzenli həbs olunub. Barəsində ömürlük azadlıqdan məhrum edilmə iddiası açılan Düzenlinin ayrılmaq istəyən Özeni tez-tez döydüyü ortaya çıxıb.
Sakinlər 2 uşaq anası Özgür Özenin 11 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından düşdüyünü bildiriblər.
Yücel Düzenli isə ifadəsində bunları deyib:
"Aramızda Özgürün uşaqlarının baxıcısına görə mübahisə baş verdi. Sonra mən kompüterdə video izləməyə başladım. Özgür isə yatağın üzərində ağlayırdı. Sonra otaqdan çıxıb tualetə getdi. Aradan bir xeyli zaman keçsə də otağa qayıtmadı. Səs çıxmayınca evin hər yerinə baxdım. 3-4 dəfə telefonuna zəng etdim, cavab vermədi. Eyvana çıxdığımda təcili yardımı gördüm. Eyvandan tullanarkən mən yanında deyildim. Niyə atladığını da bilmirəm. Mən onu döymədim də".
Özenin bacısı Özlem Dəmirəl isə Yücel: "Bacım bu adamdan xilas olmaq istədiyini, ancaq onu təhdid etdiyini söylədi".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub