Dünən işğal altındakı Azərbaycan ərazilərində ermənilərin N saylı hərbi hissəsinə aparan yolda hərbi yük maşını uçuruma yuvarlanıb.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində hərbi qulluqçulardan biri yazıb. Məlumata görə, içərisi hərbçilərlə dolu yük maşınının uçuruma yuvarlanması nəticəsində 8 hərbçi ölüb, 4-ü yaralanıb. Sürücü son anda avtomaşından atılıb və sağ qalıb. Yaralılar Xankəndi hospitalına aparılıb.
“Armenian army” adlı istifadəçi hadisə barədə yazır: “Bu gün - sentyabrın 13-də, saat 09:40 radələrində N saylı hərbi hissəyə gedən yolda Qarabağ Müdafiə Ordusunun hərbi yük avtomobili uçuruma aşdı. Qəza nəticəsində 8 hərbi qulluqçu öldü, 4-ü yaralandı. Yaralıların vəziyyəti barədə heç nə məlum deyil. Nəyə görəsə xəbərlərdə bu hadisə haqda heç nə deyilmir. Heç xəbər saytlarında da bu barədə məlumat yoxdur. Hər yerdə sakitlikdir. Hətta bizə heç nə demirlər. Hökumət nəyə görəsə bu haqda susur. Mən yaralı əsgərləri çıxarmağa şəxsən yardım etmişəm. 8 ölü, 4 yaralı saydıq. Ölənlərin siyahısı: Artem Ovsepyan, Karen Aloyan , Armen Karapetyan, Ovik Karoyan, Ayvaz Asatryan, Arsen Babayan, Qor Masisyan, Zaven Qriqoryan.
Yaralıların adları: Tiqran Aloyan, Karen Adjabyan, Artur Davoyan, Qrayr Kamovyan.
Onlar hamısı mənim xidmət etdiyim hərbi hissənin əsgərləridir. Qəzada mənim ən yaxşı dostum Artem Ovsepyan həlak oldu. Yaralılardan xəbər olmadığına görə mən qərara aldım ki, hadisəni burada yazım”.
İstifadəçilərin bəziləri bu məlumatı paylaşıb, bəziləri isə istifadəçidən yazdıqlarını dərhal silməyi tələb edib.
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1553 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1514 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1513 dəfə oxunub
4
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1500 dəfə oxunub
5
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1499 dəfə oxunub