22 yaşlı model faciəvi şəkildə ölüb.
Mynews.az Milli.Az-a istinadla bildirir ki, 3 oğlanla birlikdə maşında olan 22 yaşlı model Bree Keller yol qəzasında həyatını itirib.
3 oğlanla birlikdə 200 min dollarlıq Nissan GT-R avtomobilində olan model yüksək sürətin qurbanı olub.
İdarəetməsi itən avtomobil yoldan çıxıb və alışmağa başlayıb. Avtomobilin içərisində olan model və iki oğlan ölüb. Bir oğlan isə ağır bədən xəsarətləri alıb. Polislərin xilas etdiyi oğlan hazırda xəstəxanada müalicə alır.
Hadisə Avstraliyanın Sidney şəhərində baş verib.
Modelin atası polisə açıqlamasında bildirib ki, qadın salonunda işləyən qızının belə bahalı maşınlara minməsindən və yanında ölən dostlarından xəbəri olmayıb.
Qeyd edək ki, Bree Keller İnstaqram-da bikinili fotoları ilə diqqət mərkəzində olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub