Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib.
Türkiyə mətbuatı yazır ki, ABŞ-ın "əl-Qaidə"yə qarşı mübarizə" adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək.
Görüşdə uzun müddətdir Suriya ilə sərhəddə əməliyyata hazırlıq görən Türkiyə hərbçilərinin İdlibdə hansı ərazilərə yerləşəcəyi də dəqiqləşib. Belə ki, bu ay ərzində keçirilməsi planlaşdırılan əməliyyatla Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq, İdlibin 35-50 kilometrliyinə qədər irəliləyəcəklər.
Türkiyə əməliyyata "Azad Suriya Ordusu" qüvvələri ilə birlikdə 25 min hərbçi ilə qatılacaq. Digər ərazilərdə təhlükəsizliyi isə Rusiya və İran-Əsəd rejimi silahlı birləşmələri təmin edəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub