Qızların eyvanına xiyara bükülmüş cinsi məzmunlu məktub və şəkillər atdılar - VİDEO

1037
Qızların eyvanına xiyara bükülmüş cinsi məzmunlu məktub və şəkillər atdılar - VİDEO

İstanbulda özəl bir xəstəxanada çalışan H.F. (22) adlı qadının yataqxana otağının eyvanına meyvələrə bağlı cinsi məzmunlu məktublar atılıb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, H.F. bir ay ərzində müxtəlif tərəvəz və meyvələrə bağlanaraq salfet və kağız parçalarına yazılmış cinsi məzmunlu qeydlər atıldığı səbəbiylə polisə şikayət edib. Hadisə ilə əlaqədar istintaq başlasa da, bu iyrənc əmələ dözməyən H.F. çalışdığı özəl xəstəxanadan çıxıb.

31 avqustda Ataşehir Rayon Təhlükəsizlik İdarəsinə müraciət edən H.F.-nın ifadəsini təqdim edirik: "Ataşehirdəki özəl xəstəxanada 3.5 aydır çalışıram və xəstəxananın yataqxanasının 3-cü mərtəbəsindəki mənzildə qalıram. Təxminən bir aydır fərqli tarixlərdə, qaldığımız mənzilin eyvanına cinsi məzmunlu yazılar ilə şəkillərin olduğu müxtəlif meyvə və tərəvəzlərə bükülmüş kağızlar atırlar.

Bununla əlaqədar xəstəxana rəhbərliyinə məlumat verdik, ancaq bu günə qədər hər hansı bir tədbir görülmədi. Sonuncu dəfə 31 avqust günü saat 01.30 radələrində ev yoldaşlarım və bacımla birlikdə oturmuşduq ki, evin üç eyvanına fərqli zamanlarda ərikə sarılı 2 ədəd məktub atdılar. Biri salfetə yazılmışdı və üzərində, "Gəl s ... .lim" yazırdı. Bu müddət ərzində daha bir məktub atıldı. O məktuba da baxanda "s ... hamınızı" yazılı və kişi cinsi orqanı olduğunu düşündüyümüz bir şəkil var idi. Çölə baxdığımızda heç kimi görə bilmədik. Ancaq məktubun sarılı olduğu meyvələr soyuq idi.

Soyuducudan çıxarılmış kimi görünürdü. Dərhal xəstəxana keşikçisini çağırdıq və vəziyyət haqqında məlumat verdik. Gəldilər, yoxladılar və getdilər. Səhərə doğru 04:40 radələrində həmin hadisə yenidən təkrarlandı".

Məktubların əriyə sarılaraq atılmasının ardından zarafat məqsədli ilə bir-birimizə "Bu gələn məktublar ancaq ərikə sarılır. Kaş ki, xiyar və badımcan da olsa ..." dedik. Bu əsnada eyvana xiyar və badımcan atıldı. Kimin atdığını görmədim, ancaq həmin binadakı mənzillərdən birində yaşayan şəxsin bunu etdiyini düşünürəm. Bu məktublarla mənə təcavüz edən şəxsin tapılmasını istəyirəm. Ondan şikayətçiyəm".

 

Hadisə ilə əlaqədar Anadolu Cümhuriyyət Prokurorluğu istintaq başladıb.

Xəbər lenti