31 yaşlı Migel Riçards Nyu-Yorkun Bronks səmtindəki mənzildə, yataq otağında güllənərək ölümcül yaralanıb. O, aparıldığı hospitalda keçinib.
Mynews.az NBC-yə istinadən bildirir ki, M.Riçardsı Nyu-York Şəhər Polis Departamentinin əməkdaşları, polis zabitləri güllələyiblər.
Olayı polislərin üzərindəki kameralar çəkib.
Nyu-York merinin göstərişi ilə polislər belə videokameralarla təchiz olunublar.
Kadrlardan da görünür ki, üç polis zabiti Migel Riçardsa dəfələrlə müraciət edərək təslim olmasını, əlindəki silahları yerə atmasını istəyir.
Riçards tabe olmadığına görə polislər atəş açıblar.
Sonradan bəlli olub ki, Riçardsın sağ əlində oyuncaq tapança, sol əlində isə bıçaq varmış.
İnformasiya texnologiyaları fakultəsində oxuyan M.Riçardsın atası, 61 yaşlı Belvett Riçardsın dediyinə görə, oğlunu polislər sadəcə, qətlə yetiriblər.
Polis zabitləri isə ittihamı rədd edirlər.
Mənzilə girmiş polislərdən biri Riçardsa deyib: "Əllərini qaldır və bıçaqla tapançanı at yerə. Sənə atəş açmaq istəmirəm. Sadəcə, əllərini qaldır. Əks təqdirdə bütün bunlar sənin üçün yaxşı qurtarmayacaq. Əlindəki tapança oyuncaqdırsa, de!"
Lakin Migel Riçards susub, sonra tapançasını polislərə tuşlayıb. Polislər Riçardsın əlində əsl silah olduğunu düşünərək atəş açıblar.
Nyu-York Şəhər Polis Departamentinin şöbə rəisi Karlos Qomesin dediyinə görə, polis zabitləri Migel Qomesə 50 dəfə müraciət edərək silahı yerə atmasını istəyiblər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub