Pakistanın Karaçi şəhərində birlikdə qaçaraq evlənməyə hazırlaşan gənc qız və oğlan öldürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə The Independent nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Hadisə ilə bağlı hər iki ailənin üzvlərindən saxlanılanlar var. Qeyd edilir ki, gənclərin qohumları əvvəlcə 15 yaşlı Bakxt Canı, bir gün sonra isə onun 17 yaşlı sevgilisi Rəhmanı qətlə yetiriblər. Hər iki gənc tokla edam edilib.
Polisdən bildirilib ki, cinayətdə cütlüyün ataları, əmiləri, dayıları, həmçinin yerli Qəbilə Şurasının 30 nümayəndəsinin birbaşa əli var.
Nəşrin məlumatına əsasən, gənclərin valideynləri əvvəlcə toya razılıq veriblər, lakin sonradan məsələyə Ağsaqqallar Şurası qarışıb. Şura nümayəndələri valideynləri övaladlarını qətlə yetirməyəcəyi təqdirdə böyük problemlərlə hədələyiblər.
Qeyd edək ki, “namus üstündə qətllər”in sayı Pakistanda ildən-ilə artır. Əgər 2013-cü ildə 869 nəfər ənənələrin qurbanı olmuşdusa, 2015-ci ildə bu qurbanların sayı artıq 1184 nəfərə çatıb. Hər dəfə də səbəb eynidir.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub