Samsunun Bafra rayonunda 3 yaşlı Nisə Yükselin ölümüylə nəticələnən yol qəzasından öncə öndə oturacaqda əyləşən atası Halis Yükselin yol boyunca sosial şəbəkə hesabından canlı yayım etdiyi ortaya çıxıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qəzadan dəqiqələr öncə kəsilən yayımda azyaşlı Nisənin atasının qucağındakı görüntüləri izləyənləri duyğulandırıb.
Qeyd edək ki, qəzada 32 yaşlı Halis Yüksel, 33 yaşlı həyat yoldaşı Fatma Yüksel, 3 yaşlı qızı Nisə Yüksel, sürücü Muhsin Yüksel, 30 yaşlı Fatma Varlı, 2 yaşlı oğlu Efe Varlı yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Bafra Dövlət Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyəti ağır olan Nisə Yükselin həyatını həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. 5 aylıq hamilə olan anası Fatma Yüksel də bətnindəki körpəsini itirib. Fatma Yükselin həyati təhlükəsinin qaldığı deyilir.
Qəza öncəsi ata Halis Yükselin sözügedən videoyayımını təqdim edirik:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub