Myanma hökuməti Arakandakı müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi. Myanmada hadisə baş verən bölgədə 300 min insanın qidaya, 170 min nəfərin tibbi xidmətə, 55 min hamilə qadının isə əlavə qidalanmaya ciddi ehtiyacı var”.
BMT-nin sözçüsü deyib ki, onlar icazə verilmədiyindən hadisə baş verən bölgələrə girə və ora ilə bağlı xəbərləri təsdiqləyə bilmirlər.
S.Dujarric avqutsun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub