Uşağını acından öldürən ananı 10 il müddətinə həbs gözləyir.
Milli.az bildirir ki, Rusiyada 9 aylıq uşağını tək qoyub dostları ilə 1 həftəlik qonaqlığa gedən qadın saxlanılıb.
17 yaşında ana olan Viktoriya Kuznetsova adlı qadının 10 il müddətinə həbs olunması tələb olunur.
Bir neçə gündür Viktoriya və uşağını görməyən qonşular narahat olublar. Onlar polisə xəbər veriblər. Polis Viktoriyanın yaşadığı evə gedəndə dəhşətə gəlib. Onlar uşağın cəsədini tapıblar. Uşağın acından öldüyü məlum olub.
Qeyd edək ki, Viktoriya dostlarına uşağını xalasının yanına qoyduğunu deyib. O, uşağı acından ölərkən sosial şəbəkədə əylənərkən şəklini də çəkib yükləyib.
Viktoriya Kuznetsova məhkəməyə çıxarılıb. O, səhvini boynuna alıb. Viktoriya 10 il müddətinə azadlıqdan məhrum ediləcək.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub