7 yaşlı parsabadlı Atena Aslaninin qatili İsmayıl Cəfərzadə bu gün yerli vaxtla saat 06:20-də dara çəkilib.
Məhkəmə hökmü Pasrabadın Bakiri meydanında əhalinin gözü qarşısında icra olunub.
Ərdəbil Əyalət Cəza Məhkəməsinin 1-ci Şöbəsi cinayətkarı zorlama ittihamı ilə edam, qətl ittihamı ilə qisas, oğurluq ittihamı ilə həbs, şallaq və oğurladığı malı geri qaytarmaq cəzasına məhkum edib.
Azyaşlını acınacaqlı şəkildə qətlə yetirən cinayətkarın məhkəmə iclası avqustun 26-da qapalı şəkildə keçirilib. Hökm sentyabrın 10-da İran Ali Məhkəməsi tərəfindən təsdiq edildikdən 10 gün sonra icra olunub.
Xatırladaq ki, iyunun 18-də Parsabadi-Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik çənin içində tapılıb. Meyitin üzərində zorlanma əlamətləri aşkar olunub, azyaşlının qızılları da qatil tərəfindən oğurlanıb. 42 yaşlı qatil günahını etiraf etdikdən sonra edam cəzasına məhkum edilib.//Axar.az
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub