Atası tərəfindən bakirə kimi satılmaq üçün 4 ildir həbs edilən 17 yaşlı Serb əsilli qız cib telefonundakı oyun sayəsində xilas olub.
Mynews.az xarici mediaya istinadən bildirir ki, İtaliyada baş verən hadisədə 17 yaşlı bir qız atası tərəfindən 4 il əvvəl Fransada yaşayan bir Serb "müştəriyə" satılıb.
Potensial gəlin olaraq satışa çıxarılan qadın üçün İtaliyanın Florensiya şəhərinə gələrək 4000 avro depozit ödəyən müştərinin pulun qalanını da qızı təhvil aldığı zaman ödəməsi qərara alınıb. Hər iki tərəf polisin vəziyyətdən şübhələnməməsi üçün qadının 17 yaşına çatmasını gözləyib.
Qızının təcrübə qazanması üçün ancaq ev işlərinə kömək etməsinə və ayda iki dəfə evə nələrin alınması lazım olduğunu öyrənməsi üçün də alış-verişə çıxmasına icazə verən ata qızına darıxmamaqdan ötrü ancaq sim kartı olmayan bir telefon iverir.
Qız şans nəticəsində internetdən bağlandığı bir oyunun yazışma hissəsindən azad edilməsi üçün yardım istəyir. Polisə verdiyi ilk ifadədə oyuna girməsinin ardından "chat" bölməsinin açıldığını və bir çox cəhddən sonra bir oyunçunun onu ciddiyə aldığını deyən qız adını və ünvanını verdiyi həmin oyunçudan bu məlumatı polisə bildirməyi xahiş edib.
Polis aldığı məlumatdan sonra qonşulardan da məlumat toplayıb və qızı xilas edib.
Telefondakı oyun sayəsində xilas olan gənc qız polis tərəfindən qoruma altına alınıb. Atası isə insan qaçırma və uşaq istismarından günahlandırılaraq məhkəməyə çıxarılmaq üçün həbsxanada saxlanılır.