Rusiyada güclü yanğın başlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Rostov-na-Donu şəhərinin mərkəzində yerləşən Torn House otelində baş verib. Fasad örtüyündən başlayan yanğının alovları bütün binanı – 840 kvadrat metr ərazini əhatə edib. Məlumata görə, hadisə zamanı otelin yaxınlığında olan 7 avtomobil yanaraq yararsız hala düşüb, iki nəfər isə həlak olub. Binadakı 250 nəfər, həmçinin, yaxınlıqda yerləşən uşaq baxçasındakı insanlar təxliyyə edilib. Şahidlərin sözlərinə görə, adamlar özlərini aşağı mərtəbələrdən yerə atıblar.
Yanğın yerinə aidiyyatı qurumlar cəlb edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub