Suriyada Rusiyanın 29 hərbçisi İŞİD-in mühasirəsinə düşüb.
Mynews.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə İdlib bölgəsində terrorçulara qarşı keçirilən əməliyyat nəticəsində qeydə alınıb.
Taqım mühasirədən çıxmağa cəhd etsə də, bu mümkün olmayıb. Bir müddət müqavimət göstərən hərbçilərə kömək hadisə barədə mərkəzi komandanlığı məlumat verildikdən sonra göstərilib.
Atışmada üç rus hərbçisi yaralanıb.
Hərbçilərin mühasirədən çıxması üçün terrorçuların mövqeləri vurulub.
Helikopterlər alçaqdan uçaraq onlara raket zərbələri endirib. İŞİD-çilər geri çəkilməyə məcbur olub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub