Ermənistan vətəndaşları arasında xalq üsyanına hazırlıq gedir. Bu barədə müxalif “Yerkir Tsirani” partiyasının sədri Zaruhi Postancyan bildirib.
“Ermənistan və Qarabağda, həmçinin bütün dünyada ermənilərin yaşadığı şəhərləri əhatə edən ümumerməni üsyanı günü elan olunmalıdır. Biz bu cür fəaliyyət vasitəsilə hakimiyyətə etimadsızlıq göstərir və onu inkar edirik”, – Postancyan deyib.
Hazırki prezident Serj Sarkisyanın baş nazir vəzifəsində qalması haqda fikirlərə gəlincə, Postancyan qeyd edib. “Bizim üçün vacib deyil, baş nazir Sarkisyandır, yoxsa Karen Karapetyan. Ya da Respublikaçılar partiyasından Tiqran adlı bir şəxs. Bizim üçün vacib olan 25 il ərzində fəaliyyətdə olan rəhbərlərin idarəetmədə olmamasıdır.
Hesab edirik ki, adlar dəyişdikdə heç nə dəyişməyəcək. Gərək bütün idarəetmə sistemini sökək və yerində yeni sistem yaradılsın”. (azvision.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub