Taylandın cənubunda Pattani vilayətində partlayış baş verib.
Mynews.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 4 hərbçi ölüb, daha 6 nəfər isə yaralanıb.
Regional Hərbi Komandanlığın nümayəndəsinin verdiyi məlumata görə, güclü əldədüzəltmə partlayıcı qurğu yolda yerləşdirilib. Həmin yolda patrul maşını keçərkən qurğu işə düşməsi nəticəsində partlayış baş verib.
Məlumata görə, partlayışın arxasında regionda fəaliyyət göstərən islam separatçılarının durduğu bildirilir.
Qeyd edək ki, Taylandın cənubunda artıq 11 ildir ki, müsəlmanlarla toqquşmalar baş verir ki, bu toqquşma qurbanlarının sayı təxminən 6,5 min hesablanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub