Türkiyənin Kütahya bölgəsində 34 yaşlı Emine Cangür ilə həyat yoldaşı 38 yaşlı Mehmet Cangürün evində 25 yaşlı İsmayıl Yavuz bu səhər 5.00 radələrində bıçaqlanaraq öldürülüb. İsmail Yavuzun cəsədinin başı üstündə əlində 2 qanlı bıçaqla tutulan Emine Cangür cinayəti özünün törətdiyini, evdə başqa kimsənin olmadığını söyləyərkən arxa otaqda həyat yoldaşı Mehmet Cangür tapılıb. Cütlük nəzarətə alınıb. Emine Cangürün İsmail Yavuzla əlaqəsi olduğu iddia edilir.
Mynews.az-ın məlumatına görə, Milli.Az DHA-ya istinadən xəbər verir ki, evli, 1 uşaq atası İsmayıl Yavuz dünən gecə iddiaya görə bir müddət əlaqədə olduğu evli, 1 uşaq anası Emine Cangürün evinə gedib. Evdə səhərə yaxın səs-küy eşidən Emine Cangürün qonşuları polisə xəbər veriblər.
Polis evə girdikdə Emine Cangürü əlində 2 qanlı bıçaqla, yerdə də İsmail Yavuzun cəsədiylə qarşılaşıblar. Emine Cangür polislərə İsmail Yavuzu onun öldürdüyünü və evdə başqa kimsənin olmadığını söyləyib. İçəriyə girən Kütahya Təhlükəsizlik İdarəsinin əməkdaşları evin arxa otağında Emine Cangürün həyat yoldaşı Mehmet Cangürü tapıblar. Ər-arvad nəzarətə alınarkən, Mehmet Cangür hadisəylə əlaqəsinin olmadığını bildirib.
Emine Cangür isə dindirilmə zamanı həyat yoldaşını günahlandırıb. O, İsmail Yavuz ilə bir fabrikdə işçi olaraq çalışdıqlarını söyləyib.
Mehmet Cangürün dindirilməsinin davam etdiyi və ittihamları qəbul etmədiyi deyilir.