Bursada dəhşətli qətl hadisəsi baş verib.
Mynews.az xəbər verir ki, ailə faciəsində 8 aylıq hamilə qadın bətnindəki körpə ilə birlikdə həyatını itirib. İkinci dəfə ailə quran İsmanperi A. ilk nikahdan olan uşaq üstündə həyat yoldaşı Nurettin A. ilə mübahisə edib. Özünə nəzarəti itirən İsmanperi bıçaqla həyat yoldaşını ayağından yüngülcə yaralayıb. Gözü dönən Nurettin bıçağı götürərək hamilə yoldaşına bir neçə zərbə vurub.
Səs-küyü eşidən qonşular dərhal polisə xəbər verib. Polis cinayətkarı hadisə yerində yaxalayıb. Yaralı qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bətnindəki körpə də oksigen çatışmazlığından ölüb.
Polis hadisəylə bağlı araşdırma aparır. (publika.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub