Feysbuk, Tvitter, Yutub kimi sosial şəbəkə proqramlarında hər addımları nəzarətə alınan İŞİD terror təşkilatının üzvləri instaqramda fəallaşmağa başlayıb.
İnstaqramda 50 mindən çox İŞİD üzvünün hesabı olduğu aşkarlanıb.
İŞİD-çi istifadəçilər insanları cihada dəvət etməklə təxribat xarakterli paylaşımlar edirlər. Təşkilatın reklamını aparmaq üçünsə gündəlik hekayələr (stories) bölməsində müxtəlif məlumatlar paylaşırlar.
Təşkilat üzvlərinin paylaşdıqları postlarda İŞİD bayrağı dalğalandıran bir azyaşlı və kəsilmiş insan başı kimi görüntülərin olduğu bildirilir. Bununla yanaşı, gündəlik hekayələr bölməsində ölkənin məişət həyatdan və təsərrüfat sahələrindən də paylaşımlar edilir. Terrorçular bölgələrində həyatın normal axarda getdiyini göstərmək üçün fermerləri, yol çəkən işçiləri lentə alaraq izləyicilərlə bölüşürlər.
İŞİD İnstaqramla yanaşı, Snapçat proqramından da geniş şəkildə istifadə edir. Terrorçular bu proqramdan Qərb ölkələrindən təşkilata üzv cəlb etmək üçün istifadə edirlər.
Hər iki proqramı idarə edən şirkətdən verilən açıqlamada təxribat xarakterli paylaşımlar edən bütün hesabların təsbit edildiyi anda ləğv olunduğu bildirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub