Bildiyimiz kimi oktyabrın 1-də Azərbaycanda Aşura günü qeyd olunacaq. Hər il aşura günü ilə bağlı maarifləndirmənin aparılmasına baxmayaraq, ölkəmizdə İslamda rast gəlinməyən üsullarla məhərrəmlik ayının keçirilməsinə rast gəlinir. Odur ki, Məhərrəmlik ayı və Aşura günü ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri sualları cavablandırıb.
İlahiyyatçının müsahibəsindən olan başlıqları təqdim edirik:
“İmam Hüseynin 680-ci ildə, daha sonralar Kərbəla adlandırılan həmin o ərazidə Yezidin əməvi sülələsi tərəfindən qətlə yetirilməsi ilə əlaqəli olan bir məsələdir”.
“Gəlin, İmam Hüseynin qıldığı namaz kimi namaz qılaq, tutduğu oruc kimi oruc tutaq, onun kimi ibadət eləyək”.
“Peyğəmbərimizin vəfat elədiyi günlə bağlı bu səviyyədə bir yas mərasimi təşkil olunmur. Digər imamlarla da bağlı bu səviyyədə yas mərasimi keçirilmir. Niyə məhz İmam Hüseyn?”
“Gəlin onun elmə verdiyi maraq və həvəs qədər, biz də elmə maraq göstərək, övladlarımızı daha da savadlandırmağa, maarifləndirməyə çalışaq”.
“Sonuncu peyğəmbərimiz olan Muhamməd Peyğəmbərdən əvvəl Zəkəriyyə və Yəhya peyğəmbərimiz müxtəlif formalarda və əziyyətlə qətlə yetiriliblər. Və Quranda da bu haqda məlumat verilir. Amma sonuncu peyğəmbərimiz həmin günlərlə bağlı heç bir əzadarlıq təşkil eləməyib”.
“Peyğəmbərimiz heç həmin aylarla bağlı heç bir zaman müsəlmanlara özlərini döymək barədə tövsiyyə verməyib. Bunu peyğəmbərimiz eləməyibsə, biz bunu hardan götürürük?”
“İmam Hüseyn kimi haqqı deyəsən, nahaqqın yanında olmayasan”.
İlahiyyatçının Aşura günü ilə bağlı videomüsahibəni təqdim edirik:(A24.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub