Bu barədə Şimali Koreya xarici işlər naziri Lu Yon Xo bildirib. O, keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərində uçaraq ölkəmizin təhlükəsizliyini təhdid altında qoyublar.
“Amerika bombardmançı təyyarələri hava sərhədlərimizi pozmasalar belə, bizim onları vurmaq ixtiyarımız var”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Tramp son çıxışında Şimali Koreya liderlərini təhqir etməklə, onların hakimiyyətinin bu yaxınlarda bitəcəyini deməklə, müharibə elan edib: “Tramp bizim ölkənin daxili işlərinə qarışır. Bildirib ki, bizim liderlərin hakimiyyətinin ömrünə az qalıb. Tramp bu sözləri deməklə, bizim ölkəyə müharibə elan edib. Bütün dünya başlayacaq müharibənin məhz Tramp tərəfindən elan edildiyini unutmamalıdır”.
Lu Yon Xo son sözlərini belə bitirib: “Tramp ölkəmizə müharibə elan etdiyi üçün bütün təhlükəsizlik tədbirlərini görməliyik. Bundan sonra imkan vermərik ki, Amerika bombardmançı təyyarələri səma sərhədlərimizi pozmasalar belə, bizim əraziyə yaxın məsafədən uçsunlar”.
Qeyd edək ki, sentyabrın 23-də ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər. Bu barədə Pentaqonun bəyanatında bildirilir. Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub