Şimali Koreya ətrafında yaranmış vəziyyətin kəskinləşməsi ilə əlaqədar Yaponiyanın müdafiə naziri İtsunori Onodereyə ölkə paytaxtı Tokionu tərk etməmək əmri verilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin mətbuat xidməti baş nazir Şindzo Abenin bu haqda əmr imzaladığını bildirib.
İnformasiyaya əsasən, oktyabrın 22-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müdafiə naziri Tokiodan kənarda olub. Ona görə də baş nazir onun ölkə paytaxtından çıxmamasına dair əmr verib.
“Təhlükəsizliyin təmin olunması baxımından seçki kampaniyası çox ciddi mərhələdir. Hökumət başçısı mənə paytaxtda qalmağım və Yaponiyanın müdafiə problemləri ilə məşğul olmağım barədə göstəriş verib. Belə bir tapşırıq nazirlər kabinetinin baş katibi Yosixide Suqaya da (hökumətdə ikinici şəxs - red.) verilib”, - deyə müdafiə naziri vurğulayıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub