Qazaxıstanın Mangistau vilayətində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin sahil mühafizəsinin əməkdaşları dövlət sərhədini qanunsuz keçdiyinə və brakonyerlik fəaliyyətində şübhəli bilindiyinə görə üç Azərbaycan vətəndaşını saxlayıblar.
Mynews.azReport-a istinadən xəbər verir ki, qanunu pozanların hamısı müvəqqəti təcridxanaya yerləşdirilib.
Qazaxıstan MTK-nın Sərhəd Xidmətindən verilən məlumata görə, qanunu pozanlar Pesçanıy burnundan 17 km aralıda sərhədçiləri görən kimi yüksək sürətlə qaçmağa çalışıb. Amma sərhədçilərin havaya xəbərdarlıq atəşindən sonra brakoneryerlik fəaliyyətində şübhəli bilinənlər qayığı saxlamalı olub. Nəticədə üç nəfər sərhədçilər tərəfindən saxlanılıb.
Məlumata görə, azərbaycanlılar sərhədçiləri görən kimi balıqçı torunu suya buraxıb, amma koordinatlara uyğun suyun altından üzərində 16 min qarmaq olan 35 km uzunluqda tor aşkar edilib.
Hazırda saxlanılanlar barəsində dövlət sərhədini pozmaq maddəsi ilə məhkəməyəqədər istintaq başladılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub