Rusiya hərbi aviasiyasının ABŞ ərazisi üzərindən uçuşları məhdudlaşdırıla bilər.
Mynews.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Silahlara Nəzarət Departamentinin direktoru Mixail Ulyanov məlumat verib.
Onun sözlərinə görə, Rusiya ABŞ-ın bir sıra məhdudiyyətlər tətbiq etmək planlarından xəbərdardır, məhdudiyyətlər gələn il yanvarın 1-dən qüvvəyə minə bilər: "Bəli, amerikalıların hansı addımlar atmağa hazırlaşdığını bilirik. Bu gün Vyanada Açıq Səma Komissiyasının plenar iclası keçirilir. Görünür, amerikalılar orada qərarlarını rəsmi şəkildə təqdim edəcəklər. Belə başa düşürəm ki, 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək bir sıra məhdudiyyətlər tətbiq olunacaq".
Qeyd edək ki, bundan əvvəl "Wall Street Journal" ABŞ hərbi təyyarələrinin Kalininqrad üzərindən uçuşuna məhdudiyyətlər tətbiq edilməsinə cavab addımı olaraq amerikalıların belə planlarının olduğu məlumatını vermişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub