1958-ci ildə, sentyabrın 26-da Çin lideri Mao Tzedun bütün sərçələri məhv etməyi əmr etdi. Səbəb bu idi ki, onlar həddən artıq çox dən yeyirdilər.
O zaman heç kəs təsəvvür belə etmirdi ki, gücsüz, kiçik quşla dövlət səviyyəsində qarşıdurma əsrin ən qorxunc faciələrdən birinə səbəb olacaq.
Publika.az tarixdə bu gün, 1958-ci ildə verilən absurd bir qərarın ölkəni necə aclıq və səfalətə sürüklədiyi barədə yazını oxuculara təqdim edir.
Bəşəriyyət tarixində çox faciə olub, amma onların az bir qismi 1958-ci ildə Çində başlananla bərabər tutula bilər. Mao Tzedun - Çin Xalq Respublikasının lideri qərara alır ki, ölkədəki bütün sərçələr öldürülməlidir. O, çinlilərin sərçələrsiz də keçinə biləcəyini düşünürdü. Eyni zamanda, Mao hesab edirdi ki, lələklilər sahələrdə həddən artıq çox dən yeyirlər və bu səbəb verilən qərar üçün kifayətdir.
Ölkə liderinin fikrinə görə, sərçələr Çin Xalq Respublikasının iqtisadi inkişafının qarşısını alırdılar.
Çində həyatı müasirləşdirmək və yaxşılaşdırmağa cəhd edən Mao bir neçə kütləvi kampaniyanın təşəbbüskarı olur. "4 zərərverici" bu layihələrdən biri idi və 1958-1962-ci illər arasında ölkənin müasirləşdirilməsi üzrə böyük planın tərkib hissəsi sayılırdı. Bütün sərçələri məhv etmək “4 zərərverici” layihəsi çərçivəsində həyata keçirilməli idi.
Quşları məhv etmək üçün insanlar səfərbər edilirdilər. Onlar bayraqları yelləyərək quşları qorxudurdular ki, oturmasınlar və gücləri tükənib yıxılana qədər onları uçmağa məcbur edirdilər. Yuvalarını viran edir, uçan sərçələrə atəş açırdılar. Nəticədə, Çində bu quşların sayı olduqca azaldı. Bəzi regionlarda isə sərçələr tamamilə yox oldular.
Yüz milyonlarla lələkli məhv edilir və 1 il sonra gözlənilməz problem yaranır... Həqiqətən, taxılların məhsuldarlığında qısa müddət üçün kiçik artım qeydə alındı, lakin daha sonra “düşmənlərinin” olmamasından istifadə edən tarla həşərat-zərərvericilərinin basqını başlandı. Çəyirtkələr, hansıları ki, əvvəllər sərçələr yeyirdilər tarlalara kütləvi hücuma keçdilər. Məlum oldu ki, həşəratları yeyən sərçələrin qətli kontrməhsuldarlığa səbəb oldu.
Çəyirtkə qoşunları sahələrə hücum edərək qarşılarında nə varsa yeməyə başladılar. Kəndlərin əksəriyyətində taxıl məhsulu tamamilə yeyilmişdi və kütləvi aclıq başlandı. Milyonlarla çinli aclıq çəkir və həlak olurdular. Müxtəlif qiymətləndirilmələrə görə, 40-45 milyona qədər insan iqtisadi təsərrüfatsızlığın, ekoloji qəzaların doğurduğu aclıq nəticəsində həlak oldular.
Həmin illərin dəhşətləri hətta 50 ildən çox vaxt keçməsinə baxmayaraq, Çində qadağan edilmiş mövzu olaraq qalır. Çünki ölkə həyatındakı bu utancverici hadisələrdə valideynlər öz uşaqlarını, uşaqlar da valideynlərini yeyirdilər. Minlərlə insan qida üçün öldürülmüşdü.
Mao anti-sərçə kampaniyasını dayandırmağı əmr etdi. Onun siyasəti kütləvi aclığa gətirib çıxarmışdı, milyonlarla insan həyatını itirmişdi. Vəziyyətin nisbətən düzəldilməsi üçün çinlilər təcili xaricdən dən almağa başlayır, hətta SSRİ və Kanadadan sərçələr sifariş edirdilər.