Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnikAleksandr Berejnoy həbs olunub.
Mynews.az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, o, rüşvət və fırıldaqçılıqda ittiham olunur.
A.Berejnoy Sankt-Peterburq şirkəti “Profbiznes” ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqavilənin icrası zamanı 20 milyon rubl mənimsəməkdə, eləcə də biznesmenləri himayə etməyə və yeni müqvilələrin imzalanmasına yardım göstərməyə görə onlardan 368 milyon rubl rüşvət almaqda günahlandırılır.
Onun haqqında Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi (“geniş miqyasda Rusiya Federasiyasının ictimai vəzifə tutan bir şəxs tərəfindən rüşvət alma”) və 290-cı maddənin 6-cı bəndinə (“mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə geniş miqyasda fırıldaqçılıq”) əsasən cinayət işi açılıb.
A.Berejnoyun vəkili həbs qərarına qarşı çıxsa da, Moskva Rayon Hərbi Məhkəməsi onun etirazını qəbul etməyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub