CNN TÜRK-ün müxbiri İsmayıl Umut Arabacının "Vətən" prospektindəki İstanbul Təhlükəsizlik İdarəsindən etdiyi canlı yayımda "Reina" terrorçusu ilə bağlı tükürpədici açıqlama edib.
Mynews.az hürriyət-ə istinadən xəbər verir ki, o, Abdulqadir Maşaripovun terror aktından sonrakı günlərdə sosial şəbəkə və bəzi saytlarda edilən paylaşımların hədəfi çaşdırmaq üçün olduğunun müəyyən edildiyini açıqlayıb.
Paylaşımların bir çoxunun, əslində, terrorun ilk günündən bəri professional bir dezinformasiya işi şəklində həyata keçirildiyi bildirilib. Sözügedən sosial şəbəkə hesabları və saytlar araşdırıldığında, həmin şəxslərin ölkə xaricində olduğu məlum olub. Səlahiyyətlilər şəkil və videoların ölkə xaricindəki hesablardan paylaşıldığını ifadə edir. Hesabların sahiblərinin özlərini polis, ya da kəşfiyyatçı olaraq tanıtdığı, eyni zamanda polisin işini axsatmaq və azdırmaq məqsədli olduğu müəyyən edilən bu şəxslər üçün İstanbul Təhlükəsizlik İdarəsində yeni bir istintaq başladılıb.
Qeyd edək ki, ali məktəbi bitirən Maşaripov, eyni zamanda, kompüter mütəxəssisi kimi də fəaliyyət göstərib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub