Çeçenistanın paytaxtı Qroznıda “Berkat” ticarət mərkəzində yanğın baş verib.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib.
Məlumata əsasən, yanğın 400 kvadrat metr sahəni əhatə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb, zərərçəkən olmayıb. Yanğının vurduğu zərər və səbəblər barədə məlumat verilmir.
ABŞ 2023-cü ildə kimyəvi silah ehtiyatlarını tam olaraq məhv edəcək.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
“ABŞ hökuməti Kolorado ştatının Pueblo və Kentukki ştatının Riçmond şəhərindəki anbarlarda kimyəvi silahların qalan hissəsini 2023-cü ilin sonunadək məhv etməyi planlaşdırır”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Udmurtiya Respublikasında Rusiyaya məxsus sonuncu kimyəvi silah ehtiyatları məhv edilib.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub