ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla Əlaqələr və Regional Münaqişələr şöbəsinin direktoru Alisia AllisonAzərbaycanda səfərdədir.
Mynews.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər ötən gün başlayıb.
Vəzifəsinə yeni təyin olunmuş A. Allisonun Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində o, Azərbaycan, buradakı məsələ və problemlər haqqında geniş məlumat əldə etmək üçün müxtəlif şəxslərlə görüşəcək, danışıqlar aparacaq.
Qeyd edək ki, Alisia Allison bundan öncə Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda siyasi təlim direktoru vəzifəsində çalışıb.
O, ABŞ-ın Moskvadakı səfirliyinin Siyasət Şöbəsində Xarici Əlaqələr bölməsinin rəhbəri, Nikosiyadakı səfirliyin Siyasət Şöbəsinin rəhbəri, Vaşinqtonda Dövlət Departamentinin İcraçı Katibliyinin əməkdaşı olub.
Xanım Allison Mexiko şəhərində və İstanbulda çalışıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub