İngiltərənin Mançester şəhərində yaşayan müsəlman ailəsində faciə yaşanıb.
Sorut Əli adlı dindar ata 17 yaşlı qızını sevgilisi ilə yataqda yaxalayıb.
Gördüyü mənzərə qarşısında şoka girən 42 yaşlı Əli öncə qızının sevgilisi olan Ceymsi çəkiclə vuraraq evdən qovub. Ardınca isə qızı Fatiməni yumruq və təpiklə döyüb, saçlarından tutaraq yerdə sürüyüb.
Hadisə yerinə gələn polis Əlini həbs edib, Fatiməni isə xüsusi mühafizə olunan bir evə yerləşdirib.
Polisə ifadə verən Fatimə atasının ifrat dindar olduğunu və ona təzyiq göstərdiyini bildirib. O, atasının məcburiyyəti ilə geyindiyi hicabı ondan uzaqlaşdıqdan sonra çıxardığını deyib.
Polis gənclərin sağlamlığına qəsd edən atanın əməlindən peşman olmadığını və özünə haqq qazandırdığını bildirib.
Məhkəməyə çıxarılan Əlinin 1995-ci ildə 15 yaşlı qıza təcavüz edərək 7 il həbsdə qaldığı ortaya çıxıb.
Cinayət törətdiyini boynuna alan Əli 14 ay həbs cəzasına məhkum edilib.
publika.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub