ABŞ xüsusi prokuroru Robert Müller Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxiləsi ilə bağlı Ağ Evin əməkdaşlarını dindirməyə başlayıb.
Mynews.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Fox News” telekanalı xəbər verib.
Məlumata əsasən, xüsusi prokurorun nümayəndələri Ağ Evdə Milli Təhlükəsizlik Şurası aparatının rəhbəri Kit Kelloqun ifadəsini alıblar. Prezident Donald Trampın sabiq milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinnin fəaliyyəti diqqət mərkəzində olub.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn fevralda istefa verib. Buna səbəb onun vəzifəsinin icrasına başlamazdan öncə, prezident Donald Trampın andiçməsindən əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışıqlarında ona Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilə biləcəyi barədə vəd verməsi olub.
Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub