Əksər hallarda qeyri-adi hərəkətləri ilə gündəmə gələn ABŞ prezidenti Donald Tramp idi də salamlaşma tərzlərilə müzakirə mövzusuna çevirilib.
Aparılan araşdırmalar nəticəsində Trampın görüşərkən etdiyi jest və mimikalarında sirli məqamların olduğu ortaya çıxıb.
Tramp qeyri-adi salamlaşma üsulundan istifadə etməklə “üstün olduğu” mesajını verir.
ABŞ prezidentinin salamlaşma üsulu barədə əsas müzakirələr isə Kanadanın baş naziri Castin Trüdo ilə görüşündən sonra başlayıb. Trampın görüş zamanı nazirin əlini sıxıb özünə tərəf çəkməsi birmənalı qarşılanmayıb.
Hər iki rəsmi ilk dəfə görüşərkən yanaq-yanağa öpüşüblər. Baş nazir Castin Trüdo özünü Trampın sağ çiyninə söykəyərək güc toplamağa çalışır. Bununla Castin Trüdo Trampdan daha dik dayanmağa çalışır.
Görüşün "ikinci raundun"da isə Trüdo və Tramp salamlaşırlar. Castin Trüdo əlini Trampdan əvvəl uzadır. Baş nazir bununla Trampın ona edəcəyi qeyri-adi jestin qarşısını almış olur. Aparılan analizlər nəticəsində məlum olub ki, Castin Trüdo Trampın məşhur salamlaşmalarından xəbərdardır və bu görüşə hazırlıqlı gəlib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub