Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.
Mynews.az xəbər verir ki, sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.
Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.
Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb.
Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.
Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır. (apa)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub