Bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib.
Mynews.az TASS-a istinadən xəbər verir ki, mükafatçıların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyirlər.
Onlar insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf etdikləri üçün bu mükafata layiq görülüblər.
Qeyd edək ki, oktyabrın 3-də fizika, oktyabrın 4-də isə kimya sahələrində laureatların adları açıqlanacaq.
Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı oktyabrın 6-da elan olunacaq.
Oktyabrın 9-da isə iqtisadiyyat sahəsində Nobel mükafatını qazanan alimin adı məlum olacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub