Türkiyənin Kütahya şəhərində törədilmiş qətlin üstü açılıb.
Şəhərin Yunus Emre məhəlləsində 25 yaşlı İsmayıl Yavuzun orada yaşayan ər-arvad tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. Meyitin tapıldığı evin sahibi olan 38 yaşlı Mehmet və onun 34 yaşlı həyat yoldaşı Əminə həbs edilib.
İlkin araşdırma zamanı məlum olub ki, 38 yaşlı kişi arvadının İsmayılla görüşdüyünü və onların arasında sevgi münasibətinin olduğunu öyrənib. Daha sonra o, həyat yoldaşının telefonundan gənc oğlana mesaj yazaraq onu evə çağırıb. Evdə pusqu quran kişi gənci öldürüb.
Cinayətdə iştirak etdiyi güman edilən qadın da əri ilə birgə yaxalanıb.
1
Qətərdə fövqəladə vəziyyət elan edildi
1339 dəfə oxunub
2
İlham Əliyev İran səfirliyinə gedib başsağlığı verdi
1337 dəfə oxunub
3
"TəhsilPlus" kartı 450 min təhsil işçisinə veriləcək
1331 dəfə oxunub
4
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
1323 dəfə oxunub
5
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1289 dəfə oxunub