Las-Veqasda qətliam törədən Stiven Paddokun evində 18 ədəd odlu silah, partlayıcı maddə və patronlar aşkarlanıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, cinayətkarın avtomobilindən ammonium-nitrat maddəsi (ammonium şorası) tapılıb. Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur.
CBS telekanalının məlumatına görə, 64 yaşlı Stiven Paddok altı illik evlilikdən sonra 1990-cı ildə arvadından boşanıb. Cütlüyün uşaqları olmayıb. 2015-ci ildə Meskit şəhərində (Texas ştatı) ev alan S.Paddok Meril Denli adlı qadınla birgə yaşayıb. S. Paddokla qadın arasında rəsmi nikah olmayıb. Həmçinin Stiven Paddokun vaxtilə “Lockheed Martin” aerokosmik korporasiyasında işlədiyi üzə çıxıb. Şirkət artıq S. Paddokla bağlı istintaqa müvafiq xidməti sənədləri təqdim etməyə hazır olduğunu bəyan edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub