Bir neçə gün əvvəl mətbuatda məlumat yayıldı ki, Çinin cənub-qərbində yeləşən Kinqbaycanq şəhərində, lisenziyaya sahib olmadan itlərə tibbi xidmət göstərən baytar həbs edilib. Bu cür fəaliyyət, sözsüz ki, qanunsuzdur.
Publika.az-ın xəbərinə görə, bu hadisənin dünya media “divlərinin” səhifələrinə çıxması qədər ciddi rezonans doğurması, tibbi müayinə prosedurlarının ağlagəlməz dəhşətlər saçdığı ilə bağlıdır.
Ev itlərini anesteziyanın köməyi ilə yatırırlar, sonra masanın üzərinə uzadırlar. Assistent itin ağzını açıq saxlayır və baytar xüsusi çatılarla zavallı heyvanın səs tellərini kəsərək, heç bir sanitariya qaydalarına əməl etmədən kəsintini elə ayağının altına atır…
Daha sonra isə itləri sıra ilə yan skamyaya uzadırlar. Heyvanlar anesteziyanın təsirindən ayılandan sonra, artıq hürə bilmirlər...
Müxbir bir neçə saat ərzində baytarın yanında dayanaraq, təxminən 10 əməliyyat müşahidə edib. Gördüyündən dəhşətə gələn müxbir yazır ki, itləri eyni alətlə - bir əməliyyatdan digərinə keçərkən onları təmizləmədən əməliyyat edirdi. Zenq öz xidmətləri üçün 50-100 arası yuan alır ki, bu da 7-15 dollar edir.
Jurnalisti şahidi olduğu vəhşəti qələmə almaqla yanaşı, heyvanların müdafiəsi üzrə yerli təşkilata da müraciət edib. Bazara baş çəkən müfəttişlər baytardan sənədlər tələb ediblər və məlum olub ki, bu işi görmək üçün onun heç bir sənədi və icazəsi yoxdur.
Baytarlıq assosiasiyası təbii ki, belə əməliyyatları yumşaq desək bəyənmir. Onların hesabatlarına əsasən, bu cür prosedurlar heyvanlarda boğulma riskini artırır, eyni zamanda qan itkisinə gətirib çıxarır. “Heyvanlar üçün bu güclü stresdir, onlar bundan sonra bütün həyatları boyunca əziyyət çəkirlər. Onlarda nəfəs alma-vermə ilə bağlı problemlər müşahidə olunur. Bu lazımsız və fövqəladə amansız prosedurdur", - deyə PETA - heyvanların hüquqlarının müdafiəsi üzrə təşkilatın nümayəndəsi vəziyyəti şərh edir.



1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub