Ermənistan ordusunda ölümlə nəticələnən insident baş verib.
Mynews.az-ın Oxu.az-a istinadən məlumatına görə, Azərbaycanın işğal altında olan Xocavənd rayonu ərazisində yerləşən işğalçı ordunun postlarından birində şəxsi heyət arasında dava düşüb.
Hadisə zamanı post başçısı, əslən Ermənistanın Dilican rayonundan olan, 1998-ci il təvəllüdlü Seyran Sarkisyan əslən Qarabağ ermənisi olan xidmət yoldaşı tərəfindən açılan atəşlə başından yaralanıb.
S.Sarkisyan hospitala aparılarkən, yolda keçinib.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən insidentin əsl səbəbi gizlədilərək, hadisənin guya qarşı tərəfin atəşi nəticəsində baş verdiyi bildirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub