Türkiyədə kişi qadın sığınacağında yaşayan arvadını qətlə yetirib.
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Naime K. əri tərəfindən şiddətə məruz qaldığına görə 6 ay öncə sığınacağa yerləşib. Ötən gün o, 15 yaşlı oğlu ilə görüşmək üçün “Ailə və Sosial Siyasətlər İdarəsi”nə gedib. Görüş başa çatdıqdan sonra qadın quruma aid avtobusa minərkən əri Engin K. arxadan ona silahla atəş açıb.
Maşına minib hadisə yerindən qaçmaq istəyən ər qaynı tərəfindən atəşə tutulub. Naime K.-nın qardaşı Emin K.-nın açdığı atəş Enginin maşınına tuşlanıb.
Dərhal xəstəxanaya aparılan qadın həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub