Daha üç nəfər selfinin qurbanı oldu.
Mynews.az-ın istipress-ə istinadən xəbər verir ki, Hindistanda selfi çəkdirmək istəyən gənclər faciəli şəkildə ölüblər. Hadisə Karnatake ştatında olub. Gənclər qatarın altında qalıblar. Onlardan ikisinin şəxsiyyətini müəyyən etmək mümkün olub. Gəclər Banqalordakı kollecdə təhsil alıblar. Üçüncünün kimliyi isə hələlik bəlli deyil.
Polisin məlumatına görə, gənclər selfi çəkdirmək üçün dəmiryoluna çıxıblar. Lakin qatarla aralaçrındakı məsafəni düzgün hesablaya bilməyiblər. Qatar onlara çatan kimi reyslərin üzərindən aralana bilməyən gənclər onun altında qalaraq can veriblər.
Xatırladaq ki, bu selfidən baş verən ilk ölüm halı deyil. Dəfələrlə gözəl fotoları olmasını istəyən gənclər selfi vərdişlərinin qurbanları olublar. Rumıniyada may ayında selfi etmək üçün qatarın üzərinə çıxan 18 yaşlı gənc qızı elektrik cərəyanı vurub. 27 min voltluq xəttə toxunan qız yerindəcə keçinib. Meksikada isə silahla şəkil çəkdirmk istəyən 21 yaşlı oğlan təsadüfən onu işə salıb və özünü güllələyib. Bənzər hadisələr dünyanın digər ölkələrində də qeydə alınıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub