Azərbaycan 65 yaşına qədər kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısındadır.
Mynews.az-ın xəbərinə görə, bu barədə Dünya Bankı məlumat verir.
Rusiya 65 yaşına qədər kişilərin ölmə faizinin yüksək olduğu Avropa ölkələrinin siyahısında birinci yerdədir. Dünya Bankının məlumatına əsasən, Rusiyada kişilərin 43%-i 65 yaşına çatmamış ölür.
Qeyd edilən siyahının ilk beşliyində müvafiq olaraq Ukrayna, Belarus Respublikası, Moldova və Litvanın adı çəkilir.
Kişilərin ölmə faizinin yüksək olduğu ölkələrin siyahısında ilk on ikiliyə isə müvafiq olaraq Gürcüstan, Azərbaycan, Bolqarıstan, Macarıstan, Ermənistan, Estoniya daxil edilib.
Avropada kişi ölümünün ən aşağı göstəriciləri İslandiya və İsveçrədədir.
Dünya Bankının məlumatları BMT-nin 2017-ci ildə əhalinin sayının tədqiqatına əsaslanır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub