Adanada narkotik maddə asılısı olan 29 yaşlı Bilal G. 1 yaşlı oğlu H.G.-nin əlində siqaret söndürüb, onu döydüyü, arvadı Ö.G.-ya isə təcavüz etdiyi iddiası ilə saxlanılıb.
Bilal G. 6 il öncə Ö.G. ilə evlənib yaşları 1-5 arasında dəyişən 4 uşaq sahibi olub. İddiaya görə, narkoman olan Bilal G. tez-tez həyat yoldaşı və uşaqlarına işgəncə verib. Oğlu H.G.-ni döyüb, vücudunda siqaret söndürdüyü deyilən Bilal G.-nin hərəkətlərindən cana yığılan ana Ö.G. polisə şikayət edib.
ZORLA İNTİM ƏLAQƏDƏ OLUR
Polis bölməsində ifadə verən Ö.G.: "6 illik ərim uşaqlarımın yanında narkotik maddələr qəbul edir, uşaqlarımı və məni döyür. Oğlum H.G.-nin əlində siqaret söndürdü. Yanıq və zərbə izləri uşağımın bədənində açıq-aydın görünür. Uşağımı başqasına vermək istəyir. Mən etiraz edəndə də oğluma işgəncə verir. Bundan başqa mənlə zorla intim əlaqədə olur, istəməsəm belə bunu edir", - deyib.
Polislər Ö.G. və 4 uşağını tibbi müayinədən keçirərək sığınacağa yerləşdiriblər. Saxlanılaraq bölməyə gətirilən Bilal G.-nin isə barəsindəki iddiaları rədd etdiyi məlum olub.
milli.az




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub